"Mançester Siti"dən 70 milyon avroluq transfer

"Mançester Siti"dən 70 milyon avroluq transfer

"Mançester Siti" heyətinə yeni futbolçu cəlb edib. Klubun saytında yer alan xəbərə görə, İngiltərə təmsilçisi "Atletik"in müdafiəçisi Emerik Lyaportanı transfer edib. 23 yaşlı oyunçu ilə 6 illik müqavilə imzalanıb. İngiltərə mətbuatı bu transfer üçün "Mançester Siti"nin İspaniya klubuna 70 milyon avro təzminat ödəyəcəyini yazıb.

Qeyd edək ki, E.Lyaporta bu mövsüm 30 matçda 1 qol vurub, 3 qolun ötürməsini verib.

Bütün xəbərlər Facebook səhifəmizdə