Zinəddin Zidan: "Neymar böyük futbolçudur"

Zinəddin Zidan: "Neymar böyük futbolçudur"

“Real”ın baş məşqçisi Zinəddin Zidan klubun transfer planlarında yer alan PSJ-nin hücumçusu Neymarla bağlı fikirlərini açıqlayıb. SİA-nın məlumatına görə, fransız mütəxəssis braziliyalı futbolçunu bəyənsə də, onun haqda çox danışmaq istəmədiyini bildirib: “Mənə aid olmayan futbolçuları müzakirə etmirəm. Neymar hamının xoşuna gəlir. Çünki böyük futbolçudur. Hamısı bundan ibarətdir”.

Qeyd edək ki, Neymarın adı bir müddətdir “Real”la birgə hallanır.

Bütün xəbərlər Facebook səhifəmizdə