Hindistanda böyük şahmat festivalı keçiriləcək

Hindistanda böyük şahmat festivalı keçiriləcək

Sabah Dehlidə “A” kateqoriyalı beynəlxalq “Dehli-2018” şahmat festivalına start veriləcək. 26 ölkədən 233 oyunçunun, o cümlədən 29 qrossmeysterin iştirakı ilə keçiriləcək turnirin reytinqi-favoriti Azərbaycan nümayəndəsi Arkadi Naydiçdir (2701).

Hindistanda təşkil edilən bu beynəlxalq open-turnir İsveçrə sistemi üzrə 10 turdan ibarət olacaq, yarışın qalibi isə yanvarın 16-da elan ediləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə