Azərbaycanda yeni voleybol klubu fəaliyyətə başlaya bilər. Bu haqda SİA-ya tanınmış voleybolçu, 2-ci dərəcəli beynəlxalq məşqçi Ziya Rəcəbov məlumat verib.
Onun sözlərinə görə, kişi voleybolçulardan ibarət yeni klub yaxın zamanda Azərbaycan Voleybol Federasiyası tərəfindən yaradıla bilər: “Hazırda bu istiqamətdə danışıqlar aparılır. “Neftçi”dən mənimlə birlikdə ayırlandan sonra klubsuz qalan millinin üzvləri də həmin komandaya cəlb ediləcəklər. Millinin toplanışına az qalıb. Yaxında hansısa addım atılacaq. Çünki millinin oyunçularının klubsuz qalması narahatçılığa səbəb ola bilər. Həmişə formada qalmaq üçün hazırda həftədə 3 dəfə məşq edirik”.
Müəllif: Elgün Vidadioğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB