Güləşçilərimiz 2018-ci ilin ilk hazırlığına başlayıblar

Güləşçilərimiz 2018-ci ilin ilk hazırlığına başlayıblar

Azərbaycanın sərbəst və yunan-Roma güləşi üzrə yığma komandaları bu gündən təlim-məşq toplanışına başlayıblar. Azərbaycan Güləş Federasiyasından SİA-ya bildirilib ki, 2018-ci ilin ilk hazırlığı Olimpiya Güləş Mərkəzində keçirilir. Pəhləvanlarımız fiziki, texniki və taktiki çalışmalar yerinə yetirirlər.

Güləşçilərimiz yanvar ayının sonu, fevralın əvvəlində beynəlxalq yarışlarda çıxış edəcəklər.

Qeyd edək ki, 2017-ci ilin son yarışı sərbəst və yunan-Roma güləşi üzrə böyüklər arasında Azərbaycan çempionatı olub. Dünya Güləş Birliyinin yeni qaydalarına uyğun olaraq keçirilən yarışda ilk 3 yeri tutmuş idmançılar ölkə yığma komandalarının heyətlərinə cəlb ediliblər. Onlar 2018-ci il ərzində komandaların iştirak edəcəyi beynəlxalq yarışlarda ölkəmizi təmsil etmək imkanı qazanıblar.

Müəllif: Elgün Vidadioğlu

Bütün xəbərlər Facebook səhifəmizdə