“Barselona”nın futbolçusu Usman Dembele sağalıb. Bu barədə katalon klubunun rəsmi saytında məlumat yerləşdirilib. Xatırladaq ki, 2017-ci ilin sentyabr ayında arxa əzələsində çəkilmə olan fransalı futbolçu 3.5 ay idi ki, meydana çıxa bilmirdi.
20 yaşlı hücumçunun La Liqanın növbəti həftəsində “Levante” ilə matçda meydana çıxacağı gözlənilir. Qeyd edək ki, Dembele bu mövsümün əvvəlində Dortmund “Borussiya”sından “Barselona”ya transfer olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB