Faiq Qarayev BOK-un mükafatına layiq görülüb

Faiq Qarayev BOK-un mükafatına layiq görülüb

Azərbaycan Voleybol Federasiyasının vitse-prezidenti və qadınlardan ibarət yığmanın baş məşqçisi Faiq Qarayev Beynəlxalq Olimpiya Komitəsinin (BOK) mükafatına layiq görülüb. SİA-nın məlumatına görə, bu barədə Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə məlumat verib.
O, bildirib ki, F.Qarayev qadın idmanının inkişafına göstərdiyi xidmətə görə təltif edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə