Mario Qomes "Ştutqart"la müqavilə imzalayıb

Mario Qomes "Ştutqart"la müqavilə imzalayıb

"Volfsburq"un hücumçusu Mario Qomes komandadan ayrılıb. SİA-nın məlumatına görə, Almaniya yığmasının üzvü karyerasını Bundesliqada davam etdirəcək. 32 yaşlı hücumçu sabiq klubu "Ştutqart"la 2020-ci ilə kimi müqavilə imzalayıb. Bu keçid üçün "Ştutqart" "Volfsburq"a 3 milyona avro təzminat ödəyib.

Qeyd edək ki, Qomes peşəkar karyerasına məhz "Ştutqart"da başlayıb. O, 2003/09-cu illəri bu komandada keçirib.

Bütün xəbərlər Facebook səhifəmizdə