Kimi Rəykkönen: “Hər zaman güclü olmağa çalışırıq” - AÇIQLAMA

Kimi Rəykkönen: “Hər zaman güclü olmağa çalışırıq” - AÇIQLAMA

Formula 1 üzrə Əbu-Dabi Qran Prisinin birinci və ikinci sərbəst yürüşlərinin hər ikisini dördüncü tamamlayan “Ferrari”nin pilotu Kimi Rəykkönen jurnalistlərə açıqlamasında dünən ənənəvi bir cümə günü keçirdiyini bildirib. SİA-nın yarışa ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, seans ərazində trasda uzun müddət yürüş edən finlandiyalı sürücü zaman-zaman bloklanma problem ilə qarşılaşdığını qeyd edib: “Qarşımızda gərgin proqram var idi. Hər şey problemsiz oldu. Trasın bəzi hissələrində yaxşı çıxış etmədik. Ona görə bu yürüşlərə bizim üçün ideal tur demək olmaz. Ancaq bəzi yerlərdə bolidi çox yaxşı idarə etdik. Ümid edirəm ki, zəif olduğumuz yerlərdə daha yaxşı çıxış edəcəyik. Əsas yarışda nə olacağını demək çətindir. Lazım olan məşqləri etmişik. Bu Qran Prinin mövsümün son yarışı olması heç nəyi dəyişdirmir. Hər zaman güclü olmağa çalışırıq. Bəzən uğurlu, bəzən isə uğursuz oluruq. Bu sərbəst yürüşlərdə bəzi yeni detallar və fərqli fikirləri sınaq keçirdik. Nəticələri təhlil edib dəyərləndirəcəyik”.

Elgün Vidadioğlu

Əbu-Dabi

Bütün xəbərlər Facebook səhifəmizdə