Dik Advokat yeni rekord müəyyənləşdirə bilər

Dik Advokat yeni rekord müəyyənləşdirə bilər

Hollandiya millisinin baş məşqçisi Dik Advokat noyabrın 14-də komandanı bu postda son matçına çıxaracaq. "Narıncılar" yoldaşlıq oyununda Rumıniya ilə qüvvəsini sınayacaq. SİA-nın məlumatına görə, 77 yaşlı mütəxəsis mütləq rekordun astanasındadır.

Noyabrın 9-da Şotlandiya üzərində qazanılan qələbə (1:0) Advokatın millinin baş məşqçisi kimi 36-cı qalibiyyəti olub. Bununla da təcrübəli çalışdırıcı ingilis Bob Qlendeninqin nəticəsini təkrarlayıb. Faydalılıq əmsalı holland mütəxəsisdə daha yüksəkdir. Qlendeninq 87, Advokat isə 61 oyuna 36 qələbə həddinə çatıb. 2004-08-ci illərdə yığmanın baş məşqçisi olan Marko van Basten üçüncüdür (52 oyun - 35 qol).

Bütün xəbərlər Facebook səhifəmizdə