Lyuis Həmilton: "Meksika Qran Prisi heç də asan olmadı" AÇIQLAMA

Lyuis Həmilton: "Meksika Qran Prisi heç də asan olmadı" AÇIQLAMA

"Avtodroma gələn və yarışı izləyən hər bir azarkeşə təşəkkürümü bildirirəm. İnanıram ki, maraqlı yarış keçdi. Digər Qran Prilərdə də çılğın azarkeşlərlə rastlaşmışam. Ancaq meksikalı azarkeşlər yarış zamanı möhtəşəm atmosfer yaratdılar". SİA-nın məlumatına görə, bu sözləri Formula 1 üzrə Meksika Qran Prisində mövsümün başa çatmasına iki mərhələ qalmış dördüncü dəfə dünya çempionu olan “Mercedes”in britaniyalı pilotu Lyuis Həmilton deyib.

“Bu gün əlimdən gələni etdim. Hələ də inana bilmirəm ki, Formula 1 yarışlarında dördüncü titulumu qazanmışam. Etiraf etməliyəm ki, Meksika Qran Prisi heç də mənim üçün asan olmadı. Hamınız gərgin idman mübarizəsinin şahidi oldunuz. Qran Pridə sonadək mübarizə aparıb xal qazanmağı bacardım”, - deyə L.Həmilton əlavə edib.

Britaniyalı pilot bildirib: “Qazandığım nailiyyətə görə ailəmə və “Mercedes” komandasına təşəkkürümü bildirirəm. Onların 5 il ərzində böyük nailiyyətlərə imza atmağımda böyük payları var. Mən fəxr edirəm ki, “Mercedes” komandasında çıxış edirəm”.

Bütün xəbərlər Facebook səhifəmizdə