Topaz Premyer Liqanın 10-cu turunda "Səbail"ə qarşı matçda zədələnən "Qarabağ"ın futbolçusu Pedro Enrikenin durumu ciddidir. Bu barədə Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov oyundan sonra keçirilən mətbuat konfransında deyib.
O, braziliyalı yarımmüdafiəçinin Çempionlar Liqasının qrup mərhələsinin 4-cü turunda "Atletiko" ilə görüşü buraxa biləcəyini söyləyib: "Amma hər şeyə tibbi müayinədən sonra aydınlıq gələcək".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB