"Bir gün “Real”ı tərk etmək məcburiyyətində qalacam"

"Bir gün “Real”ı tərk etmək məcburiyyətində qalacam"

“Real”ın baş məşqçisi Zinəddin Zidan mövsümün sonunda iş yerini dəyişəcəyi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, fransalı mütəxəssis “kral klubu”ndakı işindən zövq aldığını bildirib. Ancaq o, ayrılığın bir gün reallaşacağını da əlavə edib: “Futbol sürətlə dəyişir və inkişaf edir. Buna uyğunlaşmaq lazımdı. Əgər sən inkişafdasansa, burda qalmağı sınaya bilərsən. Amma başa düşürəm ki, bir gün “Real”ı tərk etmək məcburiyyətində qalacam. Buna da hazıram”.

Qeyd edək ki, Zinəddin Zidan ötən ilin yanvarından “Real”a rəhbərlik edir.

Bütün xəbərlər Facebook səhifəmizdə