Robert Prosineçki: "AFFA ilə məsələni həll etməliyəm" - AÇIQLAMA

Futbol üzrə milli komandamızın baş məşqçisi Robert Prosineçki açıqlama verib. SİA-nın məlumatına görə, mütəxəssis Bosniya və Herseqovina tərəfi ilə danışıqlara başlamağa hazır olduğunu deyib: “Eşitmişəm ki, Sloveniya və Avstriyada mənimlə maraqlanırlar. Amma Bosniya və Herseqovinadan heç kim mənimlə əlaqə saxlamayıb. Bir neçə gündən sonra Azərbaycanda olacağam. Yerli futbol assosiasiyası (AFFA) ilə məsələni həll etməliyəm. Bundan sonra Bosniya və Herseqovina Futbol Federasiyası ilə danışıqlara hazıram. Bu işlə ciddi məşğul olacağam”.

Qeyd edək ki, Prosineçkinin millimizlə müqaviləsi dekabrın 4-ü başa çatır. O, 2014-cü ildən yığmamızı çalışdırır. Prosineçkinin rəhbərliyi altında millimiz DÇ-2018-in seçmə mərhələsində 10 oyuna 10 xal toplayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə