FİDE prezidentinin səlahiyyətləri əlindən alınıb

Kirsan İlümjinovun Beynəlxalq Şahmat Federasiyasının (FİDE) prezidenti səlahiyyətləri əlindən alınıb. SİA-nın məlumatına görə, bu barədə FİDE İcraiyyə Komitəsinin Antalya şəhərindəki Konqresində qərar qəbul olunub.

Toplantıda İlümjinovun səlahiyyətlərinin onun müavini Georgios Makropulosa ötürülməsi yekdilliklə təsdiqlənib. Eyni zamanda ondan 2018-ci ilin sentyabrında Bakıda keçiriləcək seçkidə namizədliyini irəli sürməməsi tələb olunub. İcraiyyə Komitəsi üzvlərindən 37-si qərarın lehinə, 20-si əleyhinə səs verib. Kirsan İlümjinov FİDE-yə 1995-ci ildən rəhbərlik edib.

Bütün xəbərlər Facebook səhifəmizdə