Kiril Petrov VIII turda iştirak edə bilməyəcək

Kiril Petrov VIII turda iştirak edə bilməyəcək

"Neftçi”nin müdafiəçisi Kiril Petrov Topaz Premyer Liqasının VIII turunda iştirak edə bilməyəcək. SİA-nın məlumatına görə, ukraynalı futbolçu cəzalı duruma düşüb. Sarı vərəqə limitini dolduran müdafiəçi “Səbail”lə matçda komandasına kömək edə bilməyəcək.

Qeyd edək ki, "Səbail" - "Neftçi" qarşılaşması 15 oktyabr tarixində baş tutacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə