Əmrə Can: "Hədəfim "Liverpul"da qalmaqdır"

Əmrə Can: "Hədəfim "Liverpul"da qalmaqdır"

"Liverpul"un almaniyalı yarımmüdafiəçisi Əmrə Can açıqlama verib. SİA-nın məlumatına görə, ulduz futbolçu adının İtaliyanın "Yuventus" klubu ilə hallanmasına münasibət bildirib. 23 yaşlı oyunçu açıqlamasında bunları söyləyib: "Yuventus" kimi komandanın hədəfində olmaq qürurvericidir. Ancaq əsas hədəfim "Liverpul"da qalmaqdır. Mövsümün sonuna kimi bu komandaya fikrimi cəmləmişəm".

Qeyd edək ki, Əmrə Can ötən gün DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Almaniya - Azərbaycan matçında (5:1) komandasının son qolunu vurmuşdu.

Əmrə 2014-cü ildən "Liverpul"da çıxış edir və mövsümün sonunda müqaviləsi başa çatacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə