Yupp Haynkes: "Bavariya"ya çox şey borcluyam"

"Bavariya" mövsümün sonuna kimi Yupp Haynkeslə anlaşıb. SİA-nın məlumatına görə, 72 yaşlı mütəxəsis vəzifəsinin icrasına oktyabrın 9-dan başlayacaq. Bununla da, Haynkes karyerasında 3-cü dəfə Münhen klubuna qayıdıb.

"Bu, qayıdış deyil, sadəcə dost köməyidir. "Bavariya"ya çox şey borcluyam. Özümü əla hiss edirəm"-, deyə Haynkes bildirib

Alman məşqçi "Bavariya"ya 3 dəfə Bundesliqa çempionluğu yaşadıb. Klub 2013-cü ildə onun rəhbərliyi altında "qızıl trebl"ə imza atmışdı.

Bütün xəbərlər Facebook səhifəmizdə