Suarez dizindən əməliyyat olunacaq

Suarez dizindən əməliyyat olunacaq

"Barselona"nın hücumçusu Luis Suarez noyabrda dizindən əməliyyat olunacaq. SİA-nın məlumatına görə, əməliyyat tarixi Suarezin minimum oyun buraxması nəzərə alınaraq seçilib.

Katalonlar ümid edir ki, Uruqvay millisi dünya çempionatına birbaşa yollanacaq və Suarezin pley-off qarşılaşmalarında iştirakına zərurət yaranmayacaq. İşlər qaydasında getsə, futbolçu 2-3 həftə meydana çıxa bilməyəcək. Bu müddətdə "Barselona" 2 oyun keçirəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə