Hansı ölkə dünya çempionatına ev sahibliyi etmək istəyir? - SİYAHI
Cənubi Amerikanın üç ölkəsi - Argentina, Uruqvay və Paraqvay 2030-cu ildə keçiriləcək futbol üzrə dünya çempionatına ev sahibliyi etmək üçün namizədlik irəli sürmək qərarına gəlib.
Anadolu informasiya agentliyi məlumat verir ki, Argentinanın paytaxtı Buenos-Ayresdə keçirilən mətbuat konfransında çıxış edən hər üç ölkənin başçıları 2030-cu il dünya çempionatına ev sahibliyi etmək məsələsində razılığa gəldiklərini və namizədlik irəli sürəcəklərini bildiriblər.
İlk dəfə 1930-cu ildə keçirilən turnirə ev sahibliyi edən Uruqvay üçün tarixi hadisənin 100-cü ildönümünə təsadüf edən dünya çempionatı xüsusi əhəmiyyət daşıyır.
2030-cu il dünya çempionatına ev sahibliyi etmək üçün müraciət prosesi ən tez dörd il sonra başlayacaq. 2026-cı il dünya çempionatının ev sahibliyi üçün isə hələlik iki namizədlik irəli sürüb. Onlardan Kanada, Meksika və ABŞ müştərək, Mərakeş isə müstəqil namizəddir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB