19 yaşlı futbolçularımız İrlandiya yığması ilə heç-heçə edib

19 yaşlı futbolçularımız İrlandiya yığması ilə heç-heçə edib

On doqquz yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsində ilk oyununu keçirib. AFFA-nın məlumatına görə, İrlandiya komandası ilə görüş heç-heçə yekunlaşıb – 0:0.

Futbolçularımız növbəti oyununu oktyabrın 7-də Bakı vaxtı ilə saat 18:00-da Serbiya yığmasına qarşı keçirəcək.

Yığmamızın yer aldığı yeddinci qrupun oyunları İrlandiyada keçirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə