Ferstappen: “Eyni motorla “Mercedes” və “Ferrari” bizi ancaq ilk turda görərdilər” AÇIQLAMA
Bu həftə 20 yaşını qeyd edən “Red Bull”un gənc pilotu Maks Ferstappen Malayziyada 3-cü sıradan başladığı yarışda Raikkonenin olmamasına görə ikinciliyə yüksəlib, sonra isə Hamiltonu keçərək ilk sırada qərarlaşıb. SİA-nın məlumatına görə, hollandiyalı pilot “Red Bull”un və özünün ikinci zəfərinə imza atıb.
Qeyd edək ki, “Red Bull” komandası Azərbaycan Qran-Prisində də birinci olmuşdu.
M.Ferstappen yarışdan sonra qələbəsi ilə bağlı açıqlama verib: “Mənim üçün əla doğum günü hədiyyəsi oldu. Lyuis çempionluq üçün yarışırdı. Ancaq mənim itiriləcək heç bir şeyim yox idi. Yarışın çətin olacağını bilirdim. Lyuisin problemləri olduğundan xəbərdar idim. Komanda da bunu təsdiqlədi. Onu keçmək üçün maşınımın bütün gücündən istifadə etdim. Hər şey mükəmməl oldu. Yarış fiziki olaraq çətin keçdi, ancaq qalibiyyətə görə buna dəyərdi. Maşınım da yarış boyunca çox yaxşı idi. Heç bir problem yaşamadım. İndiyədək bu qədər lider olmamışdım. Kartinq və Formula 3-də yarışdığım zamanları xatırladım. Eyni motorla “Mercedes” və “Ferrari” bizi ancaq ilk turda görərdilər. Biz maşını inkişaf etdirməyi bacarmışıq. Düz yoldakı sürətimizi bərpa etmək üçün dəyişiklik etmişdik”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB