Futbol üzrə Avropa çempionatının seçmə oyunlarının qrup mərhələsində Şotlandiya və Lixtenşteynlə qarşılaşcaq Çexiya Respublikasının milli komandasının heyəti açıqlanıb. SİA-nın məlumatına görə, çexlər "Qalatasaray"ın forvardı Milan Baroşu heyətə dəvət etməyiblər. Belə ki, komandanın baş məşqçisi Mixal Bilek futbolçunu Türkiyə Super Liqasının son turunda zədələndiyinə görə yığmaya dəvət etmədiyini qeyd edib. O, futbolçunun 2-3 həftə oyunlarda iştirak etməyəcəyini bildirib. Buna baxmayaraq, baş məşqçi komandasının qələbə qazana biləcək heyəti olduğunu vurğulayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB