Belarus və Çexiya milliləri pley-offda qarşılaşırlar

Belarus və Çexiya milliləri pley-offda qarşılaşırlar

Sentyabrın 26-da Azərbaycanda və Gürcüstanda təşkil edilən qadın voleybolçular arasında Avropa çempionatının final mərhələsi çərçivəsində pley-off görüşlərinə start verilib. Milli Gimnastika Arenasında günün ilk qarşılaşması Belarus və Çexiya voleybolçuları arasında keçirilir.

Bu matçın qalibi sentyabrın 28-də dörddəbir final mərhələsində Serbiya kollektivinin rəqibi olacaq.

Digər oyunda isə Niderland və Xorvatiya milliləri üz-üzə gələcəklər. Matçdan qalib ayrılan komanda sentyabrın 28-də dörddəbir finalda İtaliya millisi ilə qarşılaşacaq.

Qeyd edək ki, pley-off mərhələsinin bütün görüşləri Bakıda, Milli Gimnastika Arenasında keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə