"Las Palmas"ın baş məşqçisi istefa verib

"Las Palmas"ın baş məşqçisi istefa verib

İspaniya La Liqasında növbəti məşqçi istefası qeydə alınıb. SİA-nın məlumatına görə,"Las Palmas"ın çalışdırıcısı Manolo Markes postunu tərk edib. Bu, La Liqanın 6-cı turunda "Leqanes"ə qarşı oyundan sonra (0:2) baş verib.

49 yaşlı mütəxəsisin rəhbərliyi altında komanda 6 oyun keçirib ki, bunların da 4-də uduzub. Aktivində 6 xal olan "Las Palmas" hazırda turnir cədvəlində 15-ci pillədə qərarlaşıb.

Bütün xəbərlər Facebook səhifəmizdə