Riberi Superliqa klubuna keçə bilər

Riberi Superliqa klubuna keçə bilər

Almaniya Bundesliqasında mübarzə aparan “Bavariya”nın ulduz futbolçusu Frank Riberi Türkiyə Superliqasının bir neçə klubu ilə görüşür. SİA-nın məlumatına görə, xarici mətbuatda bildirilir ki, 2007-ci ildən bəri Münhen təmsilçinin formasını geyinən Riberi yeni macəraya hazırlaşır.

Bundan əvvəl 34 yaşlı oyunçu Türkiyədə 2004-2005 mövsümündə “Qalatasaray”ın heyətində oynamış, daha sonra alacaqlarının ödənilməməsi səbəbilə “Marsel”ə keçmişdi.

Xatırladaq ki, “Bavariya” ilə sözləşməsi mövsümün sonunda bitəcək fransız yarımmüdafiəçi cari mövsümdə indiyə qədər forma geyindiyi 8 oyuna 1 qol vurub və eyni sayda məhsuldar ötürmə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə