Unibank Premyer Liqasının VII turunun "Neftçi" ilə oyunu "Xəzər Lənkəran"ın futbolçusu Alim Qurbanov üçün əlamətdar olub. SİA-nın məlumatına görə, bu barədə klubun rəsmi saytında xəbər dərc olunub. Xəbərə əsasən, komandanın yarandığı gündən "ağ-yaşıl" formaya bağlanan yarımmüdafiəçi "Xəzər Lənkəran"ın heyətində 150-ci oyununu keçirib. Altı ildir sadiq olduğu komanda ilə Azərbaycan çempionu (2006/07), çempionatın gümüş mükafatı (2004/05), Azərbaycan kuboku (2006/07 və 2007/08) və "Birlik Kuboku"nu qazanan Alim bu həddə çatan ikinci futbolçu olub. "Xəzər-Lənkəran" tarixində 150 oyun göstəricisini arxada qoyan ilk oyunçu Rəşad Abdullayaev 2004-2009-cu illərdə komandanın formasını geyinmişdi.
Alim Qurbanovun "Xəzər Lənkəran" karyerası
Mövsüm Turnir O Q
2004/05 Çempionat 31 3
Kubok 5 1
2005/06 UEFA kuboku 2 -
Çempionat 20 2
Kubok 8 -
2006/07 Çempionat 19 1
Kubok 8 -
2007/08 Çempionlar Liqası 2 -
Birlik kuboku 5 -
Çempionat 18 -
Kubok 5 -
2008/09 UEFA kuboku 2 -
Çempionat 4 -
Kubok 1 -
2009/10 Çempiona 10 1
Kubok 4 -
2010/11 Avropa Liqas 2 -
Çempionat 4 -
Cəmi Çempionat 106 7
Kubok 31 1
Avrokuboklar 8 -
Birlik kuboku 5 -
yekun 150 8
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB