"Neftçi” "Zirə" ilə oyuna ciddi itki ilə çıxacaq

"Neftçi” "Zirə" ilə oyuna ciddi itki ilə çıxacaq

"Neftçi”nin qapıçısı Səlahət Ağayev zədələnib. SİA-nın məlumatına görə, təcrübəli futbolçu "Zirə” ilə oyunöncəsi məşqdə qasıq nahiyəsindən zədə alıb. Hazırda müayinə olunan qolkiperin zədəsinin ciddiliyi yaxın günlərdə dəqiqləşəcək. Futbolçunun bu günkü qarşılaşmanı buraxacağı dəqiqdir.

Qeyd edək ki, digər zədəli futbolçu Elnur Cəfərovun da adı "Zirə” ilə oyunun iştirak ərizəsinə salınmayacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə