Güləşçimiz erməni rəqibini məğlub edərək finala çıxdı

Güləşçimiz erməni rəqibini məğlub edərək finala çıxdı

Yunanıstanın paytaxtı Afinada yeniyetmə güləşçilərin dünya çempionatı davam edir. SİA-nın məlumatına görə, ilk yarış günündə yunan-Roma güləşi üzrə 50, 54, 58, 63 və 100 kiloqram çəki dərəcələrində pəhləvanlar mübarizə aparıblar.

Mundialda 50 kiloqram çəkidə yarışan Zaur Əliyev ardıcıl olaraq Macarıstan və İsveç güləşçilərini məğlub edib. Yarımfinalda Ermənistan təmsilçisinə də heç bir şans verməyən güləşçimiz finala yüksəlib. Həlledici görüşdə pəhləvanımızın rəqibi Yaponiya idmançısı olacaq.

Zaur Əliyev bir ay bundan əvvəl 46 kiloqram çəkidə yeniyetmələrin Avropa çempionu adını qazanıb.

Turnirdə 63 kiloqram çəkidə mübarizə aparan Ruslan Hədisov ilk görüşdə iranlı güləşçiyə məğlub olub. Rəqibin finala yüksəlməsi ilə güləşçimiz təsəlliverici görüşdə iştirak hüququ qazanıb. Güləşçimiz bu mərhələdə qazaxıstanlı idmançı ilə üz-üzə gələcək.

Bütün xəbərlər Facebook səhifəmizdə