Ömər Paşayev İsveç - Kipr qarşılaşmasını idarə edəcək

Ömər Paşayev İsveç - Kipr qarşılaşmasını idarə edəcək

Azərbaycanlı beynəlxalq dərəcəli hakim Ömər Paşayev UEFA-dan yeni təyinat alıb. Belə ki, FİFA referisi 21 yaşadək futbolçular arasında Avropa çempionatında keçiriləcək İsveç - Kipr qarşılaşmasını idarə edəcək. Ona yan xətt hakimləri Namiq Hüseynovla Mübariz Haşımov kömək edəcəklər. Rauf Cabbarov isə dördüncü hakim funksiyasını yerinə yetirəcək.

Qeyd edək ki, sentyabrın 5-də İsveçin Falkenberq şəhərində keçiriləcək oyun Bakı vaxtı ilə saat 20:45-də başlayacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə