“Arsenal”la ötən mövsümün sonu 2 illik müqavilə imzalayan Arsen Venger bu qərarı haqda danışıb. Qol.az-ın məlumatına görə, fransalı mütəxəssis ölkəsinin mətbautına açıqlamasında müqavilə imzalayarkən tərəddüd etdiyini bildirib: “Xeyli götür-qoy etdim. Tərəddüd edirdim, ayırlmağı düşünürdüm. Ancaq 20 ildir bu komandanı çalışdırıram. Belə bir vəziyyətdə komandadan ayrılıb- ayrılmayacağım hər kəsə maraqlı idi. Çünki ötən il olduqca çətin keçdi. Amma komandamızın hər şeyi düzəltmək üçün potensialı var. Hazırkı çətin vəziyyətdən çıxacağımızı düşünürəm”.
Qeyd edək ki, A. Venger 1996-cı ildən “Arsenal”ı çalışdırır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB