"Qarabağ"ın rəqibi heyətini yeni futbolçu ilə gücləndirib

"Qarabağ"ın rəqibi heyətini yeni futbolçu ilə gücləndirib

“Qarabağ”ın Çempionlar Liqasının qrup mərhələsindəki rəqibi “Roma” heyətini yeni futbolçu ilə gücləndirib. SİA-nın məlumatına görə, "canavarlar" "Sampdoriya"nın hücumçusu Patrik Şiki transfer ediblər.

Transfer detalları açıqlanmasa da, İtaliya mətbuatına yer alan xəbərə görə, "Roma" bu keçid üçün 40 milyon avro xərcləyib.

Xatırladaq ki, bir müddət öncə 21 yaşlı forvard “Yuventus”a transfer olunmağa yaxın olsa da, tibbi müayinə zamanı ürəyindəki problemə görə Turin təmsilçisi ilə anlaşa bilməmişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə