"Kadiz"dən ayrılan millimizin futbolçusu Eddi İsrafilovun yeni klubu müəyyənləşib. SİA-nın məlumatına görə, o, Sequnda (II divizion) təmsilçisi "Ximnastika”ya transfer olunub. Futbolçu ilə 3 illik müqavilə imzalanılıb. "Ximnastika”nın oyunçu ilə müqaviləni birtərəfli qaydada pozmaq hüququ olduğu bildirilir.
Qeyd edək ki, Eddi İsrafilov ötən ilin avqustundan "Kadiz”də oynayırdı. "Ximnastika"ya qədər 25 yaşlı futbolçu müxtəlif vaxtlarda İspaniyanın "Kadiz", "Kordoba", "Eybar", "Qranada" və "Mursiya" klublarında çıxış edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB