"Qarabağ” komandası Danimarkadadır

"Qarabağ” komandası Danimarkadadır

"Qarabağ” komandası "Kopenhagen"lə keçirəcəyi Çempionlar Liqasının "pley-off" mərhələsinin cavab görüşü üçün Danimarka paytaxtına yollanıb.

SİA-nın məlumatına görə, ötən gün saat 17:50-də Bakı - Kopenhagen reysi ilə yola düşən kollektiv 5 saatlıq uçuşdan sonra Kopenhagen şəhərinə çatıb və artıq qalacağı otelə yerləşib.

Qeyd edək ki, "Qarabağ” "Kopenhagen"lə avqustun 23-də "Parken" stadionunda qarşılaşacaq. Görüş Bakı vaxtı ilə saat 22:45-də start götürəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə