Gənc şahmatçıların Avropa çempionatında Azərbaycan idmançıları uğurlu çıxış edirlər
Sentyabr ayının 20-də Gürcüstanın Batumi şəhərində start götürmüş şahmat üzrə 8-18 yaşlı oğlan və qızların Avropa çempionatında 3 tur arxada qalıb. Azərbaycan Şahmat Federasiyasının mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, hesabat turundan sonra 100 faizlik nəticə göstərən şahmatçılarımızdan Fərid Aslanov (8 yaş oğlanlar), Ülvi Sadıxov (12 yaş oğlanlar), Vasif Durarbəyli (18 yaş, oğlanlar) və Səbinə İbrahimova (16 yaş qızlar) turnir cədvəlinini zirvəsində qərarlaşıblar.
Üç oyundan 2.5 xal toplamış Abdulla Qədimbəyli ( 8 yaş oğlanlar) , Oğuz Abışlı ( 10 yaş oğlanlar), Nail Bəşirli (10 yaş oğlanlar), İzzət Kənan (14 yaş oğlanlar), Aqil Pirverdiyev (14 yaş oğlanlar), Elvin Bayramov (14 yaş oğlanlar), Zaur Məmmədov (16 yaş oğlanlar), Nicat Abbasov (16 yaş oğlanlar), Xanım Balacayeva (10 yaş qızlar), Aydan Höcətova (12 yaş qızlar), Nərmin Xələfova (16 yaş qızlar) isə liderlər qrupuna daxildirlər.
Qeyd edək ki, Avropa çempionatına Azərbaycan rekord sayda şahmatçı ilə qatılıb – 80-ə yaxın. Çempionat sentyabrın 28-də başa çatacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB