Azərbaycanlı atlet dünya çempionu oldu

Azərbaycanlı atlet dünya çempionu oldu

Türkiyə yığmasında çıxış edən azərbaycanlı atlet Ramil Quliyev Londonda keçirilən yüngül atletika üzrə dünya çempionatının qalibi olub.

SİA-nın məlumatına görə, 200 metr məsafəyə qaçışda həmyerlimiz finişə birinci çatmaqla dünya çempionu adını qazanıb. O, finişə 20.09 saniyəyə çatıb.

Dünya çempionu olan həmyerlimiz bu zəfərini Azərbaycan və Türkiyə bayrağı ilə qeyd edib.

Bütün xəbərlər Facebook səhifəmizdə