Futzal üzrə milli komandaların yeni reytinq siyahısı açıqlanıb. SİA-nın məlumatına görə, cədvəldə ciddi dəyişiklik olmayıb. Planetin 10 ən güclü komandasından biri olan Azərbaycan millisi də mövqeyini qoruyub. Belə ki, yığmamız dünyanın 10-cu komandasıdır.
Joze Alesionun baş məşqçi təyin olunduğu millimizin hesabında 1445 xal xar. Komandamız 9-cu olan Qazaxıstandan 17 xal geri qalır.
Ən yazın izləyicimiz isə Xorvatiyadır. Millimiz balkanlılar üzərində 18 xallıq üstünlüyə malikdir.
İlk “onluq”
1. Braziliya - 1929
2. İspaniya – 1872
3. Rusiya - 1765
4. Argentina - 1700
5. İtaliya - 1608
6. İran - 1593
7. Portuqaliya - 1582
8. Ukrayna - 1500
9. Qazaxıstan - 1462
10. Azərbaycan – 1445
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB