“Yuventus”un futbolçusu “Kalyari”də

“Yuventus”un futbolçusu “Kalyari”də

“Yuventus”un futbolçusu Filippo Romanya karyerasını “Kalyari”də davam etdirəcək. Bu barədə italyan klubunun rəsmii saytında məlumat yerləşdirilib. Məlumata görə, 20 yaşlı müdafiəçi ilə 5 illik müqavilə imzalanıb. İtaliya mətbuatı bu transferin “Kalyari”yə 7.5 milyon avroya başa gəldiyini yazıb.

Qeyd edək ki, italiyalı futbolçu ötən mövsüm icarə əsasında “Breşia”da çıxış edib.

Bütün xəbərlər Facebook səhifəmizdə