İspaniyanın "Alaves" klubu heyətini yeni futbolçu ilə gücləndirib. SİA-nın məlumatına görə, La Liqa təmsilçisi qanalı yarımmüdafiəçi Mübarak Vakasonu transfer edib.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 27 yaşlı futbolçu ilə 3 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Vakaso Yunanıstanın "Panatinaikos" klubundan transfer olunub. Baxmayaraq ki, futbolçu geridə qalan mövsümün ikinci hissəsində İspaniyanın "Qranada" klubunda icarə əsasında çıxış edib.
Qana yığmasında 50-dən çox oyun keçirmiş futbolçu "Elçe", "Vilyarreal", "Espanyol", "Rubin", "Seltik", "Las Palmas" klublarında da çıxış edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB