"Bakı" Zaqatalaya yola düşəcək

Bu gün "Bakı" klubunun əsas komandası 1 məşq keçəcək. Klubun mətbuat xidmətindən SİA-ya verilən məlumata əsasən, Şeferin yetirmələri saat 17:00-da "Bakı" nın təlim-məşq bazasının süni örtüklü meydançasında məşqə çıxacaq.
Qeyd edək ki, bu məşq "Simurq"la oyun öncəsi bazada sonuncu hazırlıq olacaq. Ertəsi gün səhər saat 10:00-da isə komanda Zaqatalaya yola düşəcək. Həmin gün saat 19:00-da komanda Zaqatala şəhər stadionunda məşqə çıxacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...