Bu gün gənclər və idman naziri Azad Rəhimov Quba rayonu Heydər Əliyev mərkəzind vətəndaşları qəbul edib. GİN-dən SİA-ya verilən xəbərə görə, qəbulda Quba, Qusar, Siyəzən, Şabran, Xaçmaz rayonlarından ümumilikdə 20-dən artıq vətəndaş iştirak edib. Qəbul əsnasında müraciətlər müxtəlif sahələri əhatə edib.
Gənclər sahəsində edilən müraciətlər sırasına Qeyri Hökumət Gənclər Təşkilatlarının yaradılması, layihələrin maliyyələşdirilməsi, gənclərin beynəlxalq layihələrdə iştirakı, yay istirahət düşərgələrinin təşkili, Gənclər Mərkəzlərinin müvafiq avadanlıqlarla təmin edilməsi və fəaliyyəti istiqamətində olub.
Fəxri adların verilməsi, idman mərkəzlərinin idman avadanlıqları ilə təmin olunması, Olimpiya İdman Komplesklərinin, idman qurğularının tikintisi və təmiri, Uşaq Gənclər və İdman Mərkəzlərinin (UGİM) və bölmələrin yaradılması, idmançıların beynəlxalq yarışlarda iştirakı idman sahəsində edilən müraciətlər olub.
Bir sıra müraciətlər yerindəcə həllini tapıb. Araşdırılması tələb edilən məsələlər isə aidiyyatı qurumlara göndərilməsi üçün nəzarətə götürülüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB