"Roma" futbolçusunu 23 milyon avroya "Zenit"ə satıb

"Roma" futbolçusunu 23 milyon avroya "Zenit"ə satıb

"Roma" futbolçusu Leandro Paradesi "Zenit"ə satıb. Rusiya klubunun saytının yaydığı xəbərə görə, 23 yaşlı yarımmüdafiəçi ilə 4 illik müqavilə imzalanıb. Bu transfer üçün "Zenit" 23 milyon avro təzminat ödəyib.

Qeyd edək ki, L.Parades ötən mövsüm "Roma"da 41 matçda 3 qol vurub.

Bütün xəbərlər Facebook səhifəmizdə