Valtteri Bottas Azərbaycan Qran-Prisinin üçüncü sərbəst yürüşündə birinci oldu
Formula 1 Azərbaycan Qran-Prisinin üçüncü sərbəst yürüşü başa çatıb. SİA-nın məlumatına görə, yürüşdə ən yaxşı nəticəni “Mercedes” komandasının pilotu Valtteri Bottas göstərib. O, 1 dəqiqə 42,742 saniyə nəticəyə imza atıb.
İkinci yerdə 1 dəqiqə 42,837 saniyə nəticə ilə "Ferrari"nin pilotu Kimi Raykonnen, üçüncü yerdə 1 dəqiqə 43,158 saniyə nəticə ilə "Mercedes"in digər pilotu Luis Hamilton qərarlaşıb.
Qeyd edək ki, Formula 1 Azərbaycan Qran-Prisində hər biri 2 pilotdan ibarət 10 komanda birincilik uğrunda mübarizə aparır.
Bu gün saat 17:00-da sıralanma turuna start veriləcək.
İyunun 25-də isə Formula 1 azarkeşləri Azərbaycan Qran-Prisində qalib adı uğrunda mübarizənin şahidi olacaqlar.
Müəllif: Elgün Vidadioğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB