"Real" iki futbolçu ilə şifahi razılığa gəlib

"Real" iki futbolçu ilə şifahi razılığa gəlib

"Real" "Monako”nun hücumçusu Kilian Mbappe "Milan”ın qapıçısı Canluci Donnarumma ilə şifahi razılığa gəlib. Qol.az-ın "Marca”ya istinadən yaydığı xəbərə görə, Madrid klubunun prezidenti Florentino Peres sözügedən futbolçuların transfer məsələsini müzakirə etmək üçün baş məşqçi Zinəddin Zidanın istirahətdən qayıtmasını gözləyir. "Real"ın Mbappe üçün 100-110 milyon, Donnarumma üçün isə 30-35 milyon avro ödəməyə hazır olduğu bildirilib.

Xatırladaq ki, Mbappenin transfer qiymətinin 130 milyon avro olduğu iddia edilir.

Bütün xəbərlər Facebook səhifəmizdə