"Fənərbaxça"nın qapıçısı Volkan Dəmirəl Azərbaycan klublarının birindən təklif alıb. SİA-nın məlumatına görə, bu barədə türk qolkiperin meneceri Erdinç Şehit "Bein Sports"a açıqlamasında bildirib.
O deyib ki, Azərbaycan da daxil olmaqla, 3 ölkədən təklif alıblar. Ancaq buna baxmayaraq, E.Şehit V.Dəmirəlin "Fənərbaxça"da qalmaq istədiyini söyləyib: Azərbaycan, İtaliya və ABŞ-dan təkliflər var. Amma “Fənərbaxça”dan başqa komanda istəmirik. Transfer pəncərəsi açıldıqdan sonra "Fənərbaxça" ilə görüşəcəyik. Mövsüm başa çatan kimi İtaliyadan təklif alsaq da, razılıq vermədim”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB