"Barselona" Messi ilə müqavilənin müddətini uzadacaq

"Barselona" Messi ilə müqavilənin müddətini uzadacaq

"Barselona" futbolçusu Lionel Messi ilə müqavilənin müddətini uzatmaq barədə razılığa gəlib. SİA-nın məlumatına görə, argentinalı hücumçu ilə 3+1 illik müqavilə imzalanacaq. Yeni müqavilə ilə L.Messinin təzminat qiymətinin 250 milyondan 400 milyon avroya qədər artacağı bildirilib.

Qeyd edək ki, L.Messinin "Barselona" ilə yeni müqaviləni iyunun 30-dan tez olmayaraq imzalayacağı gözlənilir.

Bütün xəbərlər Facebook səhifəmizdə