"Finalın favoriti olduğumuzu söyləmək çətindir. "Yuventus" çox yaxşı komandadır. Diqqətli olmalıyıq. Onlara qarşı oynamaq asan deyil".
Qol.az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, bu sözləri "Real"ın futbolçusu Serxio Ramos Çempionlar Liqasının finalında "Yuventus"la oyun öncəsi deyib.
O, Turin klubunun güclü komandaları mübarizədən kənarlaşdırdığını vurğulayıb: "Bu, bizim üçün çox çətin final olmayacaq. Hər finalın xüsusi önəmi var. "Yuventus" ötən mövsüm məğlub etdiyimiz "Atletiko"ya bənzər komandadır". S.Ramos əzəli rəqibi "Barselona"nın müdafiəçisi Jerar Pike haqda da danışıb: "Pikeyə Çempionlar Liqasıın finalını izləməsi üçün bilet göndərdim, amma cavab vermədi".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB