“Baku Open childrens” beynəlxalq turnirin qalibləri müəyyənləşib

Respublika şahmat mərkəzində 12 yaşadək uşaqlar arasında "Baku Open childrens" beynəlxalq turniri başa çatıb. SİA-nın məlumatına görə, İsveçrə sistemi ilə 9 turda keçirilən yarışda Bakı, Sumqayıt, Yevlax, Lənkəran şəhərlərindən və Ukraynadan 100-dən çox şahmatçı iştirak edib.

9 turun nəticələrinə görə, turnirin qalibi Xanlar Allahverdiyevin yetirməsi Miradil Zeynallı (8,5 xal) olub. İkinci yeri 8 xalla Niyazi Nağdıyev tutub. Onların ardınca hərəyə 7 xal toplayan Günay Məmmədzadə, İsmayıl Şahəliyev və Çingiz Qasımov gəlirlər.

Bütün xəbərlər Facebook səhifəmizdə