Finalda “Barselona”ya uduzan baş məşqçi işdən qovulub

Finalda “Barselona”ya uduzan baş məşqçi işdən qovulub

İspaniya kubokunun finalında "Barselona"ya uduzan "Alaves" baş məşqçisiz qalıb. Apasport.az saytı xəbər verir ki, komandanın çalışdırıcısı Maurisio Pelleqrino postunu tərk edib. Məlumat "Alaves" klubu tərəfindən rəsmən təsdiqlənib. İspaniya mətbuatına açıqlama verən 45 yaşlı məşqçi gedişi ilə bağlı qısa danışıb: "Burada özümü xoşbəxt hiss edirdim. "Alaves"də mənə kömək edən hər kəsə minnətdaram, xüsusən də, futbolçulara".

Qeyd edək ki, Maurisio Pelleqrino "Alaves"i ötən ildən çalışdırırdı.

Bütün xəbərlər Facebook səhifəmizdə