DÇ-2018-in seçmə mərhələsində millimizlə qarşılaşacaq Şimali İrlandiya yığmasının heyətində daha bir itki var. SİA-nın məlumatına görə, komandanın əsas hücumçularından olan Ceymi Uord zədə səbəbindən millimizlə görüşü buraxacq. İngiltərənin "Nottingem Forest" klubunda çıxış edən 31 yaşlı forvard mövsümün son oyununda zədələnib.
Qeyd edək ki, komandanın digər hücumçusu Konor Vaşinqton toyu ilə əlaqədar millimizlə görüşdə iştirak etməyəcək.
Xatırladaq ki, Azərbaycan - Şimali İrlandiya oyunu iyunun 10-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.Mən
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB